RU

ABŞ Prezidenti sabah İsrailə səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü gözlənilir.Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.Xatırladaq ki, B.Netenyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

Избранный
662
50
sherg.az

10Источники