Ötən ay İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində yaralanan mülki müdafiə işçisinin öldüyü bildirilib.
Livan Mülki Müdafiəsi tərəfindən verilən yazılı açıqlamada, İsrailin əl-Hiyam bölgəsinə endirdiyi hava hücumunda həyatını itirən işçilərlə bağlı məlumat verilib.
Açıqlamada həyatını itirən livanlının Musa Əbdülkərim əl-Musəvi olduğu qeyd edilib.
İsrail döyüş təyyarələri 2023-cü il oktyabrın 8-dən Livanın cənubuna hücumlarını davam etdirir. İsrail martın 22-də əl-Hiyam qəsəbəsindəki iqamətgahı hədəf alıb.
Beləliklə İsrailin Livana təşkil etdiyi hücumlar nəticəsində həyatını itirən livanlı mülki vətəndaşların sayı 54-ə yüksəlib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта