RU

Netanyahu: İsrail HƏMAS-ın bütün Qəzza zolağında məhv edilməsində qərarlıdır

2023-cü il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının 24 batalyonundan 19-nu komandirlərlə birlikdə məhv edib.
 
Bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında Baş nazir Benyamin Netanyahu deyib.
 
"Bu gün müharibənin başlamasından 6 ay keçir. Biz HƏMAS-ın xeyli sayda terrorçusunu öldürdük, yaraladıq və ya əsir götürdük", - Netanyahu bildirib.
 
"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir” - Netanyahu əlavə edib.
 
Baş nazir, həmçinin qeyd edib ki, İsrail anklavın cənubundakı Rəfah şəhəri də daxil olmaqla, HƏMAS-ın Qəzza zolağının bütün ərazisində məhv edilməsini başa çatdırmaqda qərarlıdır.
Избранный
352
28
moderator.az

10Источники