Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının reytinq cədvəlini açıqlayıb. Yeniavaz.com IFFHS-nin rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ” klubu reytinq cədvəlində ötən cədvəllə müqayisədə 13 pillə irəliləyib. Ötən ay 164,75 xalla 61-ci pillədə qərarlaşan komandamız bu ay 176,75 xalla planetin 48-cisi olub. Reytinq cədvəlinə Azərbaycandan daha iki komanda daxil olub. Belə ki, 1 pillə irəliləyən “Neftçi” 62 xalla 377-ci, 4 pillə irəliləyən “Sabah” isə 58,75 xalla 413-cü olub. Dünya reytinqinə 401 xalla İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” başçılıq edir. İspaniya təmsilçisi “Real” 332 xalla ikinci, İtaliya təmsilçisi “İnter” isə 311 xalla üçüncüdür.