Xəbər verdiyimiz kimi, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluq edəcəyi "I Beynəlxalq Elmi-Praktiki Simpozium" "JW Marriott Absheron" otelinin Şərq zalında aprelin 20-ndə keçirilməsi planlaşdırılıb. Bu barədə sağlamolun.az-a Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzindən bildirilib.Dünyanın bir çox ölkəsində "Tibbin fizioloji tənzimlənməsi" və "Kiçik dozalı preparatların farmakologiyası" mövzusunda keçdiyi 6000 saatlıq təlim iştirakşılar tərəfindən həmişə maraqla qarşılanıb. Bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, İsrail, Rusiya, Albaniya, Kolumbiya, Moldova, Meksika, Panama, Kanada, Rumıniya, Gürcüstan, Çexiya, Slovakiya, Serbiya Respublikası, Yunanıstan, Ukrayna, Hindistan, Çili, İrlandiya və İspaniya da var. Ümid edirik ki, Dr. A. Perranın paytaxtımızda keçiriləcək "I Beynəlxalq Elmi-Praktiki Simpozium” dakı məruzəsi də iştirakçıların marağına səbəb olacaq.
Simpoziumun digər xarici lektoru Bioloji təbabət üzrə tanınmış ekspert Dr.Thomas Rau İsveçrədə Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimidir. Qardaş Türkiyədə Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri, onkoloq Murat Baş da beynəlxalq tədbirin məruzəçilərindəndir. Xatırladaq ki, simpozium “Xroniki xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşma" mövzusuna həsr olunub.
Saglamolun.Az