Bakı. Trend:
Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabirgüclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi iləəvəz olunacaq.
Havanın temperaturu gecə 8-12°, gündüz 13-17° olacaq. Atmosfertəzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı,yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdəarabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13°, gündüz 20-25°, dağlarda gecə 2°şaxtadan 3°-dək isti, gündüz 3-8° olacaq.