RU

Əlilliyi olan neçə şəxsə reabilitasiya vasitəsi verilib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub.

Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib. (Trend)

Избранный
156
24
ikisahil.az

10Источники