RU

Öd kisəndə daş olduğunu necə bilməli?

Öd kisəsində olan daşlar kalsium və xolesterinin bərkimiş toplantısıdır.
 
Onlar öd axarlarını bloklayır, öd şirəsinin nazik bağırsağa axmasının qarşısını alır, nəticədə həzm pozulur, ürəkbulanma baş verir.
 
Qadın və kişilərdə öd daşı simptomları fərqli ola bilər və qadınlarda öd daşı xəstəliyi daha çox yaranır.
 
Piylənmə, diabet, arttıq çəki, tez arıqlama, dietalar, oturaq iş, hamiləlik,
 
45 yaşdan yuxarı risk deməkdir.
 
Öddə daş olduğunu göstərən 8 əsas əlamət:
 
Qabırğaaltı nahiyədə tutma spazmları, kəskin sancı
 
Ağır və yağlı yeməkdən sonra köp, ağrı, ürəkbulanma
 
Güclü bulantı, qusma, yeməyin ağıza qayıtması
 
Ağrı zamanı titrəmə, hətta qızdırma
 
Saralma- biliburin qana çox sıçradığı üçün dəri və gözlərdə saralma
 
Qəfil arıqlama, iştahsızlıq
 
80% hallarda öd daşı yarananda, xırda olanda insan heç bir simptom hiss etmir.
Избранный
316
50
moderator.az

10Источники