Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. Sağlamolun.az Yenisabah.az-a istinadən xəbər verir ki, çay dedikdə ilk ağla gələn zərərli detal şəkər olur. Bu səbəbdən son illərdə bir çox çay içənlər onu şəkərsiz qəbul etməyə öyrəşərək, zərərinin aradan qalxdığını düşünürlər. Fəqət, çay barədə narahat edən tək şey şəkər deyil. Təəssüf ki, evdə və ya kafelərdə istifadə olunan çaydanlar da çayın sağlamlığa təsirini müəyyən edir. Çayların sağlamlığa mümkün təsirləri ilə bağlı araşdırma aparan elm adamları çay içənlərdə tez-tez rast gəlinən sağlamlıq problemlərinin əksəriyyətinin istifadə edilən çaydanla bağlı olduğunu müəyyən ediblər. Saglamolun.Az