RU

Putin Pekinə gəldi

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinin dəvəti ilə Pekinə səfərə gəlib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiya lideri Pekində iki gün qalacaq.

Prezidentin iş qrafiki çox gərgindir. Putin səfərinin ilk gününü əsasən “Bir kəmər – bir yol” Üçüncü Beynəlxalq Forumunda iştirak edən həmkarları ilə ikitərəfli görüşlərə həsr edəcək. Vyetnam Prezidenti Vo Van Thuong, Tayland Krallığının Baş naziri Settha Thavisin, Monqolustan Prezidenti Uxnaaqiyn Khurelsukh və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulith ilə danışıqların aparılması planlaşdırılır.

Bundan əlavə, Rusiya lideri Çin sədri Si Cinpin və xanımı Penq Liyuan, “Bir kəmər, bir yol” forumunda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə rəsmi mərasimdə iştirak edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Избранный
570
31
konkret.az

10Источники