Bakı. Trend:
Aprel ayının 24-27 tarixlərində Azərbaycan Respublikası Gənclərvə İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının, BakıSu İdmanı sarayının birgə təşkilatçılığı, Bakı Su İdmanı sarayınındəstəyi ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatıstart götürəcək. Bakı Su İdman sarayında təşkil olunacaq yarışlarda3-cu idman dərəcəsi olan idmançılar iştirak edəcək. Onlar 50, 100,200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200metr məsafələrdə arxası üstə, brass və batterfley üsullardaüzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan ÜzgüçülükFederasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğunolaraq keçirilən birincilikdə Bakı və Sumqayıtdan 20-a yaxınmüxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərinisınayacaqlar. Bundan başqa ölkəmizin digər şəhər və rayonlarındanda üzgüçülərin turnirə qatılacaqları nəzərdə tutulur. Gəncə,Quba,Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançınınAzərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışınsonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi. Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiqdiplomlarla təltif olunacaqlar.
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müaviniTamerlan Abdullazdənin bildirdiyinə görə yarışın keçirilməsindəməqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağınartırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçünbeynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə millikomandanın tərkibinin yenidən formalaşdırılmasıdır:
“Bu kimi yarışların təşkili pespektivli üzgüçülərin aşkarolunmasına çöx yardımçı olur. Burada bölgələrdən də idmançılarınqatılmağı çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilənaçıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağıartıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksəkpotensiala malik idmançıların aşkar olunmasında mühüm roloynayacaqdır” deyə T.Abdullazadə əlavə edib.
Məlumat üçün bildirək ki, üzgüçülük idman növü üzrə Azərbaycanaçıq çempionatının açılış mərasimi Bakı Su İdman Sarayında aprelin24-də saat 16: 30 da keçiriləcək.