Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə Pekinə səfər edib.Missiya.Az “TASS”a istinadən xəbər verir ki, Rusiya lideri 17-18 oktyabr tarixlərində Pekində olacaq.“Rusiya prezidentinin iş qrafiki çox gərgindir. Putin səfərinin ilk gününü əsasən “Bir kəmər, bir yol” Üçüncü Beynəlxalq Forumunda iştirak edən həmkarları ilə ikitərəfli görüşlərə həsr edəcək”, - deyə məlumatda vurğulanıb.Qeyd olunur ki, forumun əsas tədbirləri oktyabrın 18-də Tiananmen meydanındakı Böyük Xalq Zalında baş tutacaq. “Açılış mərasimində Putin iştirak edəcək. Oktyabrın 18-də günü Rusiya-Çin danışıqları baş tutacaq, bundan sonra Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək. Onun Pakistanın keçid hökumətinin başçısı, baş nazir Ənvar-ül-Haq Kakarla görüşü nəzərdə tutulub”, - deyə məlumatda bildirilir. Daşqın HəsənovMissiya.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта