Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.Liflə zəngin olduğu üçün yaşıl banan toxluq hissini artırır. Ona görə də çəkiyə nəzarət etməyi asanlaşdırır. Tərkibindəki vitaminlər sarı bananla demək olar ki, eynidir. Yaşıl banan probiotik təsir göstərir. Bağırsaqlarda faydalı bakteriyaların qidalanmasına kömək edir və həzm sisteminin sağlam işləməsinə səbəb olur. Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yaşıl bananın tərkibindəki davamlı nişasta xolesterol səviyyəsini aşağı sala bilər.
Saglamolun.Az