Biz şagirdlərə uğurlu və uğursuz olmalarına görə yanaşa bilmərik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, indi həqiqətən də şagirdlər yaxşı mənada seçilirlər. 15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi.