Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sabah.az-a verilən məlumata görə, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir.
Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür.
Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur.
Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
10Источники
-
xalqqazeti.azAğdərə–Ağdam yolu da yenilənir ( 5682859)
-
ekologiya.azAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb ( 5644510)
-
sesqazeti.azAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb ( 5641834)
-
sabah.azAğdərə-Ağdam yolunun inşasına başlanıldı - Fotolar ( 5635732)
-
vergiler.azAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb ( 5635717)
-
aktual.azQarabağda bu yolun inşasına başlanıldı ( 5635492)
-
7news.azAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO ( 5632603)
-
azertag.azAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO ( 5632099)
-
azpost.infoAğdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb ( 5631184)
-
yeniazerbaycan.comAğdərə-Ağdam yolunun inşasına başlanılıb ( 5631055)