Aktual.az xəbər verir ki, tədbir Zoom platforması üzərindən onlayn formatda keçirilib.
İctimai Dinləmədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, DMX yanında İctimai Şuranın sədri Ramil İskəndərli, sədr müavini Rahilə Mehdiyeva, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Konstitutisya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və digər QHT sədrləri iştirak etmiş və çıxışlar edərək təkliflər səsləndiriblər.