Cəlilabad rayonunda 2003-cü il təvəllüdlü Həsən qısqanclıq zəminində yaranan münaqişə zamanı 1998-ci il təvəllüdlü həmyerlisi Eldarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Həsən ötən il sentyabrın 4-də gecə saat 1 radələrində yaşadığı evdə bacısı Səlimənin mobil telefonunda Eldarla sevgi mövzusunda yazılmış ismarıcları görüb. Qısqanclıq hislərinin təsirindən o, Eldarı öldürmək qərarına gəlib. Evdə saxladığı ov bıçağını şalvarının cibinə qoyub. Səhər saat 10.30-da yaşadığı evdən çıxıb və dostu Valehlə görüşüb. Saglamolun.Az