İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir. Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Sağlamolun.az xəbər verir ki, Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir.Saglamolun.Az