RU

İsraildə öldürülən türklərin sayı artdı

İsraildə öldürülən türklərin sayı 3-ə yüksəlib

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın hücumundan sonra İsraildə həyatını itirən Türkiyə vətəndaşlarının sayının 3-ə yüksəldiyi açıqlanıb.

Həyatını itirən Türkiyə vətəndaşlarının adları açıqlanmasa da, İsrail hökumətinin bu gün hazırladığı məlumat vizualında hücumlarda həyatını itirən türklərin sayının 3-ə yüksəldiyi qeyd edilib.

İsraildəki rəsmi məlumatlara görə, HƏMAS-ın hücumu nəticəsində 40 ölkədən 196 nəfər həyatını itirib, 91 nəfər isə itkin düşüb.

Ayşən
Избранный
670
17
azxeber.com

10Источники