Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresi 7-8 may tarixlərində işinə başlayacaq.Tədbirin sponsoru Türkiyənin Stem Cell School ( Kök Hüceyrə Məktəbi) və Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzidir.Konqresdədünyaca məşhurxarici məruzəçilərin və yerli mütəxəssislərin iştirakı nəzərdə tutulub.
"Medicina" xəbər verir ki,kök hüceyrəvə regenerativ tibb sahəsindəən son yeniliklərinvə aktual mövzuların müzakirə olunacağı beynəlxalq tədbir tibbin əsas sahələrini əhatə edəcək.Dermatologiya, Ginekologiya, Travmatologiya, Nevrologiya, Urologiya, Oftalmologiya, Neyrocərrahiyyə ilə yanaşı Plastik Cərrahiyyəvə Kosmetologiyadatoxuma bərpası, artroz, autizm, aseptik nevroz, serebral iflic, hüceyrə yenilənməsikimi bir çox xəstəliklərdəkök hüceyrənin əhəmiyyəti haqqında plenar iclaslariştirakşılar üçün daha maraqlı olacaq. Mütəxəssislər adı çəkilən sahələrdən başqa süni mayalanmada da kök hüceyrənin rolu ilə bağlı bilik və təcrübələrini həmkarları ilə bölüşəcəklər.
Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb konqresində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini qastroenteroloqu Arzu Quliyeva təmsil edəcək.
Məruzəçi qismində konqresə qatılan Arzu doktor ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi”mövzusundakı çıxışındakök hüceyrənin əhəmiyyətini vurğulamaqla yanaşıbu sahədəki təcrübəsini əks etdirən videomaterialları da konqres iştirakçılarının müzakirəsinə təqdim edəcək.
Aygün M
Medicina.az