Astroloqlar düşünürlər ki, bəzi bürclər digərlərinə nisbətən daha həyat dolu, pozitiv və əylənməyi bacaran insanlar olurlar. Manset.az Metbuat.az-a istinadən həmin bürcləri təqdim edir: Dolça - bu bürc altında doğulan insanlar, şərrtlər nə olursa olsun əylənməyi bacarırlar. Onlar eşq həyatını da çılğın yaşamağı sevirlər. Həyatınızda bir Dolça varsa, gününüz daim sevincli və xoşbəxt keçəcək. Xərçəng - onlar əyləncəyə pul ayırmağı, ailə və dostlarla müxtəlif əyləncələrə qatılmağı sevirlər. Hər şeyə pozitiv yanaşmağı bacarırlar. Əgər bir Xərçənglə münasibət quracaqsınızsa, əyləncə dolu günlər keçirməyə hazır olun. Əqrəb - xüsusən bu bürc altında doğulan kişilər əyləncəyə və çılğın həyata meyilli olurlar. Əyləncəyə pul ayırmağı, problemləri çox düşünməməyi sevirlər. Onlarla bir eşq həyatınız varsa, sizi ancaq xoşbəxt edə bilərlər.