RU

Elşad Həsənov sakinlərlə görüşdü

Yasamal rayonunda oktyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında vətəndaşlarla görüşüb.

Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi, habelə xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti İlham Əliyevin son 20 ildə misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verib.

Bildirib ki, Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş edib.

Növbə ilə söz alanlar vətəndaşların kimsəsiz ahıllar üçün sığınacaqda yerləşdirilməsi, yaşayış binalarının həyətlərində şlaqbaumların quraşdırılması, avtoqarajın sənədləşdirilməsi, qanunsuz tikililərlə mübarizə, istismar müddəti bitmiş evlərin söküntüsü, mənzil məişət şəraitinin yaxşılaşdırılması, eyvanların təmiri və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verib. Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.







Избранный
145
3
qafqazinfo.az

9Источники