RU

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib » Medical Media


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi müraciətinə əsasən aprel ayı ərzində Füzuli rayonuna köçürülən 153 ailənin, ümumilikdə 599 nəfərin TƏBİB tərəfindən növbəti dəfə tibbi müayinələri təşkil olunub.

Tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturana daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə və Şirvan Şəhər Mərkəzi Xəstəxanaları, Abşeron, Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanaları tərəfindən aparılıb.

İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün kateqoriyalarına uyğun olaraq müvafiq mütəxəssislər tərəfindən, o cümlədən kliniki-laborato və instrumental müayinələr həyata keçirilib.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində və “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunur.

Müayinələrin aparılmasında əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Qeyd edək ki, bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Füzuli rayonuna ümumilikdə 680 ailə, 2557 nəfər TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinədən keçirilib.
Избранный
225
3
medicalmedia.az

4Источники