RU

Azərbaycan millisi yoldaşlıq turnirində iştirak edəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.



Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova komandaları olacaq.



U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.



Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.



Millinin oyunlarının təqvimi:



4 iyun



20:30. Azərbaycan (U-19) – Qazaxıstan (U-19)



7 iyun



18:00. Azərbaycan (U-19) – Türkiyə (U-20)



10 iyun



20:30. Azərbaycan (U-19) – Moldova (U-19)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləraffa Azərbaycan U-19 millisi

Избранный
233
19
komanda.az

10Источники