Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlarına hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
31 may
21:00. Türkiyə – AzərbaycanHakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).Ərzincan, 13 Şubat stadionu.
4 iyun
19:00. Azərbaycan – TürkiyəHakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).Bakı, “Dalğa Arena” stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərAzərbaycan milli komandası
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта