RU

İnteqrativ Təbabət üzrə tanınmış mütəxəssisinBakıda seminarı


Xəbər verdiyimiz kimi, Kolumbiyanın Javeraniya Universitetindəkiİnteqrativ Təbabət kafedrasının müdiri, tibb elmləri doktoru, beynəlxalq dərəcəli lektor Arturo O`Birne BTİMM-nin dəvəti ilə Azərbaycana gəlib. Kolumbiyalı professorhəm dəseqmentar-metamer biopunktura üsulunun banisi, biotənzimləyici terapiya üzrə dünyanın tanınmış mütəxəssislərindəndir.


"Medicina" xəbər verir ki, o, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin sponsorluğu və İnteqrativ Təbabətdə Elmi AraşdırmalarMərkəzinintəşkilatçılığı ilə mayın 21-dəBadamdar Hotel Residences -də keçirilən seminarın məruzəçisi idi.

Seminar“Xroniki xəstəliklərin müalicəsində biotənzimləyici sistemli təbabət” mövzusuna həsr olunmuşdu.


Bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya Cəmiyyətinin (ISOHH) eks-prezidentimayın 23-dən 25-nə qədərisə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində yerli həkimlərimiz üçünseminar keçirəcək. Beynəlxalq lektorun seminarının mövzusu “ Metabolik pozulmalar nəticəsində yaranan xəstəliklərin biotənzimləyici sistemli təbabətdə müalicəsi” ilə bağlıolacaq.


İnteqrativ Təbabət üzrəböyük nəzəri və praktik təcrübəsi olan Arturo O`Birne dəfələrlə BTİMM-də yerli həkimlərə müxtəlif xəstəliklərin müalicəsində adı çəkilən təbabətin əhəmiyyətli roluna həsr olunmuş seminarlar keçirib.Qeyd edək ki, İnteqrativ Təbabətorqanizmin özünütənzimləmə mexanizmlərini nəzərə alaraq hər bir xəstəliyin müalicəsinə fərdi və fərqli yanaşır.Tətbiq edilənmetodlar xəstəliyin deyil, xəstənin müalicəsinə yönəlir. Çünki orqanizm vahid bir sistemdir və orqanların fəaliyyətibir-biri ilə sıx əlaqəlidir.


Hər hansı bir səbəbdən bir orqanın funksiyasının pozulmasıdigərininişinə də mənfi təsir göstərir. Hər bir orqanın funksiyasının bərpasına yönələn kompleks müalicə zamanı pasient səhhətindəki problemlərdənxilas olur. Xəstə özünü gümrah, sağlam hiss edir, əhval-ruhiyyəsi düzəlir, aktiv həyat tərzinə qayıdır.


Qısaca xarakterizə etsək, deyə bilərik ki, İnteqrativ Təbabət xəstəliyin səbəbinin aradan qaldırılmasına yönələn, orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edərək xəstəliyə qarşı müqavimətini artıran bir təbabətdir. Nəticədə funksiyaları bərpa olunan orqanlar aktivləşərək xəstəliyə qalib gələ bilir.Bununla dapasientin sağlıq problemi həll edilir.


Bakıda fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlər 3 gün ərzinddə“Dismetabolizm və onun nəticələri”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabət”, “ Dismetabolizm və Biotənzimləyici sistemli təbabətin protokolları” mövzularına dair ətraflı bilgi alaraq öz praktikalarında öyrəndiklərini tətbiq edə biləcəklər.

Ətraflı məlumat üçün:
“Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi”
(050) 430 89 89;
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110


Избранный
24
1
medicina.az

2Источники