RU

Netanyahunun Təl-Əvivdəki partiya qərargahı süni qanla ıslandı

Naməlum şəxslər Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahunun partiyasının qərargahının yerləşdiyi binalardan birini süni qanla boyayıblar. “The Times of Israel” yazır ki, söhbət mühafizəkar “Likud” partiyasından gedir.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, binanın fasadında “qanlı” ləkələrin və əl izlərinin göründüyünü bildirir. Bundan əlavə, giriş qapılarına insanların fotoşəkilləri olan kollajlar yapışdırılıb.

Fotolarda Fələstinin Həmas hərəkatının girovluğunda olan vətəndaşlar əks olunub. Nəşrin müəlliflərinin fikrincə, bu yolla naməlum şəxslər oktyabrın əvvəlində baş verənlərə görə indiki İsrail hökumətini məsuliyyət daşıdığını göstərə bilər.

Oktyabrın 7-də Həmas qüvvələri İsrail ərazisinə bir neçə min raket ataraq Əl-Əqsa Tufanı əməliyyatına başladığını elan etdi. Eyni zamanda, radikallar ölkəyə soxularaq yüzlərlə girov götürüblər.

Избранный
768
27
nocomment.az

10Источники