RU

Ermənistan sərhədçiləri Azərbaycanla sərhəddə mühafizəsini öz üzərinə götürür

Mayın 24-dən etibarən ordunun əvəzinə Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd mühafizəsini öz üzərinə götürür.

APA xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində mühafizə prosesi keçid sxeminə uyğun olaraq həyata keçiriləcək:

"Həmin məntiqə uyğun olaraq Azərbaycanla sərhədin göstərilən istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək" - məlumatda belə deyilir.

Избранный
139
18
apa.az

10Источники