Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.//Qafqazinfo***18:37Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb.Musavat.com xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.