AFFA Region Liqasında “Şimal” və “Hypers” komandaları arasında bu gün keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda keçiriləcək həlledici görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
24 may
“Şimal” – “Hypers”
Şamaxı şəhər stadionu. Saat 16:00
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani