RU

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

Bakı. Trend:

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin başmütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu milli assosiasiyanın mətbuat xidmətiaçıqlayıb.

AFFA rəsmisi qadın futbolçulardan ibarət komandalar arasındaAvropa çempionatının seçmə mərhələsinin matçına təyinat alıb. O, Cliqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcəkYunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki“Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Избранный
121
26
az.trend.az

10Источники