RU

Dünya şöhrətli pianoçu Fələstinə dəstək oldu - Konsertləri ləğv edildi

Bakı. Trend:

Dünya şöhrətli pianoçu Fazıl Sayın İsveçrədəki 4 konsertiFələstinə dəstək mesajlarına görə ləğv edilib.

Trend Türkiyə KİV-ə istinadən istinadən xəbər verir ki, söhbətsənətçinin oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə vəİsveçrənin Luzern şəhərlərində verəcəyi konsertlərdən gedir.

Məsələ ilə bağlı Fazil Say sosial media hesabından açıqlamaverərək bu sözləri deyib:

“Migros (İsveçrə) şirkətinin rəsmiləri İsrail-Fələstingərginliyi ilə bağlı sosial mediada əks etdirdiyim fikirlərimikonsertlərin ləğvinə səbəb kimi göstərdilər. Bütün yazılarım heçbir dəyişiklik olmadan sosial mediamda qalır. Mən sülhtərəfdarıyam. Bütün bəyanatlarım sülh üçün idi.

24 ildir İsrailə gedən biriyəm. Terror hadisələri hamımız kimiməni də kədərləndirdi. Mən də yazmışdım ki, Netanyahunun gələcəyiolmayan müharibə siyasətini çox yanlış və cinayətkar hesab edirəm.Mən bilirdim ki, Avropada ifadə azadlığına etibar etmək olar və heçbir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisəmənim inamımı sarsıtdı”.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadıolan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olanərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livanvə Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Избранный
321
8
az.trend.az

7Источники