RU

“Hiss etdim ki, onu əsirlikdə çox incidirlər...”

Ermənistanda 7 aydır əsir saxlanılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova oğlu ilə son telefon danışığı haqda açıqlama verib.

Publika.az xəbər verir ki, o bu barədə Xəzərxəbər-ə danışıb. 7 ayda cəmi 4 dəfə oğlunun səsini eşidə bildiyini deyən Dürdanə Bəbirova bildirib ki, bu vaxta qədər Aqşin heç vaxt onunla belə ümidsiz danışmayıb.

Ananın sözlərinə görə, oğlunu əsirlikdə çox incitdiklərini hiss edib: “Baxdım ki, danışmaq istəmir. Telefonu veriblər əlinə, amma səsi gəlmir. Dedim, “Aqşin necəsən?” Dedi ki, “Siz yaxşı olun, məni boş verin...” Çarəsiz danışırdı. Dedi ki, “Mən bezmişəm, özümlə bağlı bir problem yaratsam, məni boş verin. Mən imkan vermədim ki, o sağollaşsın”.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib ki, qurumun nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Lakin Komitənin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə olunur.

Избранный
215
10
publika.az

10Источники