AFFA-nın təşkilatçılığı, UEFA, “Disney” şirkəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar olaraq “ASCO Arena”da futbol festivalı keçirilib.
Qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib. Festival zamanı uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Sonda iştirakçılar müvafiq diplomlarla təltif ediliblər.