Qazaxın 30 ildən sonra işğaldan azad olun kəndlərinə jurnalistlərin səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub.
Səfər çərçivəsində jurnalistlər DSX-nin həmin kəndlərin ərazisində təşkil olunan xidməti barədə məlumatlandırılacaq, eləcə də azad olunan kəndlərdəki vəziyyətlə yerində tanış olacaqlar.
Xatırladaq ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv/km) Azərbaycana qaytarılması təmin edilib.
Nəticədə həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта