Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev ehtiyata buraxılıb.
O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.