Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.
Publika.az-ın məlumatına görə, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. "Qırmızı-qaralar" 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb.
16:30. "Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu