RU

KTM-ə hospitalizasiya zamanı ürəyin qəfləti dayanması qeydə alınan xəstə həyata qaytarılıb » Medical Media


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.05.2024 cü il tarixində saat 17:34 radələrində 69 yaşlı şəxsin (cinsi kişi) ürək ağrısı səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Medicalmedia.az-a bildirilib ki, dərhal çağırış ünvanına göndərilən təcili tibbi yardım briqadası tərəfindən xəstəyə ilkin tibbi xidmətlər göstərilməyə başlanılıb.
 
Reanimasion briqada tərəfindən xəstəyə elektrokardioqramma (EKQ) çəkilib və xəstəyə ağırlaşmış ritm pozğunluğu ilə müşayiət olunan kəskin miokard infarktı diaqnozu qoyulub.
 
Təcili tibbi yardım briqadasının nəzarəti altında Kliniki Tibbi Mərkəzə hospitalizasiya zamanı xəstədə ürəyin qəfləti dayanması qeydə alınıb.
 
Təcili tibbi yardım briqadası tərəfindən aparılan ürək masajı, oksigen terapiyası, ürək-ağciyər reanimasiya (defibrillyator tətbiqi ilə) tədbirləri və operativ müdaxilə nəticəsində xəstədə ürək fəaliyyəti, normal ritm bərpa edilib, aparılan bütün reanimasion tədbirlər effektiv olub.
 
Xəstə uğurla hospitalizasiya olunub.
Избранный
230
2
medicalmedia.az

3Источники