RU

Azərbaycan çempionunun Avropadakı rəqibləri müəyyənləşib

Bakı. Trend:

2024/25 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsiledəcək “Şimal”ın rəqibləri bəlli olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaqtəmsilçimiz B qrupunda yer alıb.

Azərbaycan Region Liqasının çempionu İsveçin “Qothenburq” vəGürcüstanın “Football School Bridge” komandaları ilə qarşılaşacaq.Oyunlar iyunun 28-dən iyulun 4-dək Gürcüstanda təşkil olunacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya,İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bumərhələnin görüşləri oktyabrın 21-27-də İsveçrədə keçiriləcək.

Qeyd edək ki, “Şimal” 2023/24 mövsümündə AFFA Region Liqasınınqalibi olmaqla II Liqada oynamaq hüququ qazanıb.

Избранный
147
1
az.trend.az

10Источники