RU

“SpaceX” raketi 23 “Starlink” peykini orbitə çıxardı

“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün növbəti partiyanı uğurla orbitə çıxarıb.

Publika.az-ın məlumatına görə, bu barədə "SpaceX" şirkəti “X” sosial şəbəkəsində məlumat yayıb.

“23 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.

Raket buraxılışı Florida ştatındakı ABŞ Kosmik Qüvvələrinin buraxılış kompleksindən həyata keçirilib.

Избранный
302
3
publika.az

10Источники