RU

“Şimal”ın UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib

2024/2025-ci il mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.
Mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq. Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
Qeyd edək ki, “Şimal” komandası 2023/2024-cü il mövsümündə AFFA Region Liqasının qalibi olub.
Избранный
169
8
affa.az

10Источники