RU

ATU əməkdaşı Milli Müdafiə Universitetində mühazirə oxuyub » Medical Media



Dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-strateji və hərbi-iqtisadi məsələlərin öyrədilməsi məqsədi ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu fəaliyyət göstərir.
 
Akademik kursun tədris proqramına uyğun olaraq 29 may 2024-cü il tarixdə “Azərbaycanda səhiyyə və onun milli gücə təsiri” mövzusunda mühazirə dinlənilib. Həmin mühazirəni Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlı oxuyub.
 
Bu barədə Medicalmedia.az-a ATU-dan xəbər verilib.
 
Üç hissədən ibarət mühazirə dolğun və informativ prezentasiyalarla təqdim olunub, interaktiv formada keçirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Избранный
177
1
medicalmedia.az

2Источники