Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir. Bu barədə "Qafqazinfo"ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Şəhərdə dəfələrlə rast gəlinən belə hadisənin bu dəfə təhsil ocağının həyətində yaşanmasından narahatlıq keçirən valideynlər məsələnin həll olmamasından gileylənirlər.Saglamolun.Az