Yaşıl çay ən faydalı içkilərdən biri hesab olunur, tərkibində bir sıra qiymətli mikroelementlər var. Onun yarpaqlarında katexinlər, xüsusilə də iltihabla mübarizə aparmağa kömək edən güclü antioksidantlar var. Sağlamolun.az lent.az-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, çayı 100°C-də 5 dəqiqə dəmləmək, aşağı temperaturda 2 dəqiqə dəmləməklə müqayisədə onun antioksidan xüsusiyyətlərini artırır. İsti su çaydan daha çox polifenol çıxarmağa kömək edir. Baxmayaraq ki, çox uzun müddət dəmləmək çayı acı edə bilər.Saglamolun.Az