“OLIVIA” DEYİR Kİ, GÖZƏLLİK İSTƏDİYİN KİMİ OLMAQDIR!“Olivia Beauty & Care” – sıradan gözəllik brendi deyil. “İstədiyin kimi ol” mesajı ilə bazara daxil olan brend qadınları cəmiyyətin gözəllik standartlarına cavab vermək əvəzinə özünəməxsus gözəlliklərini qəbul etməyə və özgüvənlərini artırmağa çağırır. “Olivia” inanır ki, hər bir qadın öz gücünə və uğuruna inanmalı, ciddi və cəsarətli olmağa, xüsusiyyətlərini qəbul etməyə, fərqlənməkdən qorxmamağa və ümumiyyətlə istədiyi kimi olmağa layiqdir! Brend öz fəlsəfəsini 7 müxtəlif rəng və həmin rənglərə uyğun 7 mesaj üzərində qurub.Göy rəng – “Güclü ol!” Nəzarəti, kontrolu və güclü olmağı; Mavi rəng – “Yaradıcı ol!” Sərbəstliyi, rahatlığı və yaradıcılığı; Yaşıl rəng – “Cəsarətli ol!” Fikirləri, istəkləri həyata keçirmək üçün cəsarəti; Sarı rəng – “Fərqli ol!” Pozitivliyi, enerjini və fərqliliyi; Narıncı rəng – “Parlaq ol!” İstiliyi, əyləncəni və parlaqlığı; Çəhrayı rəng – “Şıltaq ol!” Gəncliyi, təvəzökarlığı və şıltaqlığı simvolizə edir. Bənövşəyi rəng isə - Bütün şüarları özündə cəmləşdirərək əsas “İstədiyin kimi ol!” mesajına gətirib çıxarır.“Olivia”ya görə bütün qadınlar fərqlidir, özünəməxsus şəkildə bənzərsizdir. Hər qadının daxili aləmi kimi “Olivia”nın rəngləri kimi müxtəlif və eyni zamanda unikaldır.
ÖZÜNƏ AKSESUAR, ONKOLOJİ XƏSTƏLƏRƏ ÖZGÜVƏN HƏDİYYƏ ET!“Olivia” qadınların özgüvənlərini bərpa etmək və onlara dəstək olmağa nail olmaq üçün yeni bir korporativ sosial məsuliyyət layihəsi ilə çıxış edir. Bu layihənin əsas misiyası qadınların özünə etibarını yenidən qazanmaq və onları mübarizələrində dəstəkləməkdir.Təəssüf ki, bəzən gözlənilməyən və xoş olmayan səbəblərdən qadınlar istədikləri kimi ola və ya görünə bilmirlər. Həmin qadınlar arasına onkoloji xəstələr də aiddir. Kimya terapiyasının nəticəsi kimi qadınların əksəriyyəti çox sevdikləri saçlarını itirir. Bu isə onların özgüvənini aşağı salır, streslərini artırır və bu, bəzən xəstəliyin də ağırlaşmasına səbəb olur.“Olivia” mağazalarında yuxarıda sadalanan rəng və mesajlara uyğun toxunma qolbaqlar simvolik qiymətlərə satışa çıxarılıb. Hər bir qolbaq qadınların özgüvənlərini qoruyub bərpa etmək və onları dəstəkləmək məqsədi ilə hazırlanıb. Həmin qolbaqlarından satışından əldə olunan bütün gəlirlər onkoloji xəstəlikdən əziyyət çəkən qadınlara parik hazırlanmasına sərf olunacaq. Brend hesab edir ki, müştərilərinin dəstəyilə bu layihə gözlənilməz zorluq və xəstəlik dövründə olan qadınlar üçün bir motivasiya qaynağına çevrilə bilər.