RU

Dəmir linçlə bacısını öldürməkdə şübhəli bilinən şəxs tutuldu

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Ağcabədi rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Избранный
350
12
azerforum.com

10Источники