RU

HadisəOğurluğa görə saxlanılan AXCP sədrinin müavini ilə bağlı tədbir görüldü

SİZİN REKLAM BURADA!055 213 76 73

Oğurluğa görə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, A.Məhərrəmovun barəsində qanunamüvafiq tədbir görüldükdən sonra o, sərbəst buraxılıb./Oxu.az

***11:36

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.

BAKU.WS

Избранный
221
49
far.az

10Источники