Zaqatalada qarayara xəstəliyi aşkarlanıb.
Medicalmedia.az APA-ya istinadən xəbər verir ki, rayonun Faldarlı kəndinin 3 sakini iyunun 7-də qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib ki, xəstələrdən biri 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib.
Digər 2 xəstədən - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovdan laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.