RU

İntizam Komitəsinin qərarları

29 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “Sumqayıt” FK oyununda “Qarabağ” FK komandasının heyətində 2 nömrəli futbolçu Səbuhi Niftiyev qarşılaşmanın 81-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
1 iyun 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Neftçi” PFK – “Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 4 nömrəli futbolçu Nadir Orucov qarşılaşmanın 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
 
28 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Vətən” – “Araz” PFK (Naxçıvan) oyununda “Araz” PFK komandasının məşqçiləri Yunis Məhərrəmov və Qurban Məmmədov qarşılaşmanın 27-ci dəqiqəsində hakimə kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
1 iyun 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Ulduz” FA – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 13 nömrəli futbolçu Əkbər Nağıyev qarşılaşmanın 57-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
 
2 iyun 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Binə” FK – “Azərbaycan Qartalları” FK oyununda “Binə” FK komandasının baş məşqçisi Məmmədəli Ağatalıbov qarşılaşmanın 28-ci dəqiqəsində hakimə kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
2 iyun 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Neftçi” PFK – “Vətən” oyununda “Vətən” komandasının köməkçi məşqçisi Tural Bayramov qarşılaşmanın 42-ci dəqiqəsində hakimə kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 42.3);
 
2 iyun 2024-cü il tarixində AHFF-nin birinciliyinin VI turu çərçivəsində keçirilən “Olimpiya” (Ağcabədi) – “Şirvan” OİK oyununun 89-cu dəqiqəsində “Olimpiya” komandasının köməkçi məşqçisi Şahin Rüstəmov hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılaraq texniki zonadan uzaqlaşdırılmasına görə 5 oyun cəzalandırılsın (maddə 43.4);
 
5 iyun 2024-cü il tarixində II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının 16 nömrəli futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 40.3);
 
5 iyun 2024-cü il tarixində II Liqada pley-offun “Hypers” – “Şəfa” oyununun 90+5-ci dəqiqəsində “Şəfa” komandasının 23 nömrəli futbolçusu Nicat Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Избранный
340
3
affa.az

10Источники