RU

Millimiz Albaniya yığması ilə qarşılaşıb

Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ilk beynəlxalq yoldaşlıq görüşünü keçirib.
Millimiz “Haladas SportKomplexum”da Albaniya yığması ilə qarşılaşıb. Avropa çempionatına hazırlaşan rəqib komanda matçda 3:1 hesablı qələbə qazanıb. Millimizin qolunu 90-cı dəqiqədə Musa Qurbanlı vurub. Albaniya yığmasının heyətində isə 12-ci dəqiqədə Nedim Bayrami, 81-ci dəqiqədə Rey Manay və 87-ci dəqiqədə Kazim Laçi fərqləniblər.
Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 11-də, Bakı vaxtı ilə saat 18:00-da eyni məkanda Qazaxıstan yığmasına qarşı keçirəcək.
Избранный
230
affa.az

1Источники